- Baxış sayı: 24
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Futbol üzrə Almaniya milli komandasının mühafizə xidməti İspaniya ilə Avro-2024-ün 1/4 final matçı öncəsi təhlükəsizliyi gücləndirib.
Allsport.az xəbər verir ki, komandanın taktiki oyun modeli haqqında məlumatların sızmasının qarşısını almaq üçün xüsusi xidmət məşq bazasını və oyunçuları gecə-gündüz qoruyur.
Üstəlik, xidmət əməkdaşları bazanın ətrafında patrul edir və onun yaxınlığında müxbirlər və ya təsadüfi yoldan keçənlər görünsə, Nagelsmannın futbolçulara verdiyi göstərişləri eşitməmək üçün musiqini tam səslə açırlar.