1 milyon sterlinqdən imtina etdi

Yüngül çəkidə WBA çempionu Coşua Buatsiyə rusiyalı həmkarı Dmitri Bivolla döyüşmək üçün 1 milyon sterlinq təklif olunub.

Allsport.az xəbər verir ki, bunu Dmitrinin son görüşlərinin təşkilatçısı Eddi Hirn açıqlayıb.

Coşuaya Bivolla qarşılaşmaq üçün 1 milyon sterlinq qonarar təklif edilib, amma o, buna rədd cavabı verib.

“Coşua Buatsiyə təkliflər gəlib. Biz ona Dmitri Bivolla döyüşmək üçün 1 milyon sterlinq qonarar vəd etdik. Lakin o, bunu istəmədi.

Mən Coşuanın Kallum Smit və ya Bivolla döyüşməsini istərdim, amma o, başqa rəqib seçdi. Coşua əla döyüşçüdür. Bilmirəm, qərar ondan asılıdır. Amma inanıram ki, Buatsi dünya çempionu olmağa qadirdir”.

Həmin kateqoriyadan