12 kikboksçumuz dünya çempionatında iştirak edəcək

Noyabrın 23-dən dekabrın 1-dək Türkiyənin Antalya şəhərində kikboksinqin WAKO versiyası üzrə full-kontakt və kik-layt növlərində dünya çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, ölkəmizi yarışda 12 idmançı təmsil edəcək. Milli komandamızın tərkibində “Ağ canavar” ləqəbli dəfələrlə Avropa və dünya çempionu olmuş Eduard Məmmədov da turnirdə iştirak edəcək.

Komandamız federasiyanın prezidenti Adil Əliyev və birinci vitse-prezident Güloğlan Cabbarovun rəhbərliyi altında yarışacaq.

Həmin kateqoriyadan