- Baxış sayı: 23
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

İspaniyanın “Barselona” klubu 14 yaşlı qazaxıstanlı futbolçu Kərim Mendikanovu heyətinə cəlb edib.
Allsport.az xəbər verir ki, oyunçu Kataloniya təmsilçisinin aşağı yaş qruplarında çıxış edəcək.
Kərim Mendikanov daha əvvəl “San Kuqat”ın yeniyetmə komandasında forma geyinib. O, həmçinin Qazaxıstanın U-16 millisinin heyətində bir oyun keçirib. Futbolçu 10 noyabr 2011-ci ildə Qazaxıstanın Uralsk şəhərində anadan olub.