18 qol – 18 milyon rubl

Rusiya premyer liqası (RPL) baş tərəfdaşı “Vinlayn” şirkəti ilə birlikdə “Krokus Siti Holl”da baş vermiş terror aktı zamanı həlak olanların və yaralananların ailələrinə kömək məqsədilə fonda 18 milyon rubl köçürəcək.

Allsport.az xəbər verir ki, bundan əvvəl RPL Rusiya çempionatının 22-ci turunda vurulan qolların sayının bir milyon rubla vurulacağını və ümumi məbləğin Rusiya qızıl xaç cəmiyyətinə göndəriləcəyini açıqlamışdı.

Həmin tur 18 qol vuruldu – xeyriyyə yardımının məbləği 18 milyon rubl təşkil etdi. Son məlumatlara görə, “Krokus”da törədilən terror aktı nəticəsində 144 nəfər həlak olub.

Həmin kateqoriyadan