- Baxış sayı: 31
- 03 Avqust 2026 20:44
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Almaniyanın “Borussiya” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Bundesliqa nəhəngi “Genk”dən Konstantinos Karetsası transfer edib.
“Borussiya” yunanıstanlı futbolçu üçün Belçika klubuna 32 milyon avro ödəyib. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Konstantinos Karetsas “Genk”in yetirməsidir. Gənc oyunçu 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 49 rəsmi matçda 3 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.