19 milli üzvü yeniyetmə karate-1 liqasında

9-11 dekabrda İtaliyanın Jesolo şəhərində karate-1 yeniyetmə liqası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 14 yaş qrupunda Hüseyn Sadiqov (40 kq), Əfqan Tarverdi (45 kq) və Nicat Məmmədrzayev (kata), 14-15 yaşlılarda Rəsul Qasımov və Nicat Məmmədəliyev (hər ikisi – 52 kq), Nəsimi Musayev, Nihat Cabbarov və Rəvan Abasov (57 kq), Adil Mahmudov (+70 kq), həmçinin Səbinə Fərzəli və Sunay Kazımlı (hər ikisi – 54 kq), Nəzrin Piriyeva isə (+54 kq) çıxış edəcəklər.

16-17 yaşlı gənclərdə İlham Əkbərov, Amin Yadigarlı və Zakir Hüseynov (55 kq), Nihat Kazımzadə (76 kq), qızlardan isə Oksana Nakoneçna (59 kq) mübarizə aparacaqlar.

İdmançıları 16-17 yaşlı gənclərin böyük məşqçisi, əməkdar məşqçi Seymur Xudaverdiyev müşayiət edəcək. Beynəlxalq hakimlərdən yarışa Cahangir Babayev və Anar Allahverdiyev qatılacaqlar. Nüfuzlu turnirdə 58 ölkədən 2660 idmançı tatamiyə çıxacaq.

Həmin kateqoriyadan