2-ci liqada komanda sayı artdı

Bu gün AFFA icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Azərbaycan 2-ci liqasında komanda sayı müzakirə edilib.

Qərara əsasən, iştirakçıların sayı 12-dən 14-ə yüksəldilib. Siyahıya Qusarın “Şahdağ” və daxili işlər nazirliyinin “Dinamo” klubları əlavə olunub.

Öncə “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz”ın iştirakı təsdiqlənmişdi.

Həmin kateqoriyadan