2 karateçimiz olimpiadadan kənarda qaldı

Parisdə karate üzrə olimpiya təsnifat turniri davam edir. Allsport.az xəbər verir ki, bu gün Azərbaycanın 2 təmsilçisi yarışda çıxış edib.

Kişilərin mübarizəsində kata növündə Roman Heydərov, qadınlardan isə kumite üzrə Fəridə Abiyeva (61 kq) yarışıb.

6 nəfərlik qrupda 1-ci, 8 nəfərlik qruplarda isə 3 və 5-ci yerləri tutan Heydərov mübarizəni dayandırıb və lisenziya şansını itirib.

Abiyeva isə ilk görüşündə Jaklin Faktosa (Ekvador) 3:1 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada almaniyalı Anna Miqqounun müqavimətini qıra bilməyib. Nəticədə o da lisenziyasız qalıb.

Daha əvvəl Azərbaycanın 3 karateçisi – Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.

Həmin kateqoriyadan