- Baxış sayı: 36
- 23 Oktyabr 2026 17:40
- Baxış sayı: 547
- Oktyabr 21, 2026
- 0

“Bolonya”nın baş məşqçisi Domeniko Tedesko İtaliya “A” seriyasında 2 oyunluq diskvalifikasiya olunub.
Allsport.az xəbər verir ki, mütəxəssis baş hakimə qarşı nümayiş etdirdiyi qeyri-etik davranışa görə bu cəzaya məruz qalıb.
Mütəxəssis sentyabrın 13-də “Napoli”yə qarşı keçiriləcək səfər oyununda və sentyabrın 19-da “Torino” ilə baş tutacaq ev matçında komandasının yanında ola bilməyəcək.
“Bolonya” ölkə çempionatında geridə qalan 3 turdan sonra cəmi 1 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.