20 Yanvar şəhidlərinin xatirəsinə açıq “Arpaçay” beynəlxalq turniri keçirilib

Milli karate federasiyası və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə VI “Arpachay Open” beynəlxalq turniri başa çatıb.

Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən yarışın rəsmi açılışında Milli karate federasiyasının prezidenti Yaşar Bəşirov, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, millət vəkili Vüqar İsgəndərov, Rusiya karate federasiyasının vitse-prezidenti Viktor Xan, “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov, eləcə də mərsimə dəvət olunmuş qonaqlar çıxış ediblər.

Mərasimində 20 Yanvar şəhidlərinnin ailə üzvləri, həmçinin ictimai təşkilat nümayəndələri, qazilər və tanınmış idman simaları iştitak edib. Ölkədə karatenin inkişafı və yarışın keçirilməsində dəstəyə görə bir sıra şəxslər fəxri diplomla mükafatlandırılıb.

Ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynanın 6-7, 8-9, 10-11, 12-13, 14-15, 16-18 və 21 yaşadək karateçiləri iştirak edib. 570 idmançı 31 klubu təmsil edib. Nəticədə 17 qızıl, 16 gümüş və 20 bürünc medal qazanan “Arpaçay” klubunun yetirmələri medal əyarına görə birinici yeri tutub.

Daha çox final görüşlərinə çıxan, 14 qızıl, 20 gümüş və 35 bürünc medala sahib olan “Qaraqaplan” klubu medal əyarında ikinci olsa da, mükafatların sayına görə birinci olub. Dağıstan idmançıları isə 5 qızıl, 4 gümüş, eləcə də bir o qədər bürünc medalla ümumi nəticədə üçüncü olub. 

Həmin kateqoriyadan