20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçirildi

Karate federasiyası və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə Bakı idman sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.

Allsport.az xəbər verir ki, uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən 5-ci açıq turnirdə İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.

Yekun nəticəyə əsasən “Qara Qaplan” klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla 1-ci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan “Arpaçay” klubu 2-ci pilləni, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan “Pashayev” (Ukrayna) klubu isə 3-cü sıranı tutub. Yarışı milli hakimlərimizlə birgə, 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.

Həmin kateqoriyadan