26 idmançımız üçün oyunlar bitdi, 13 lisenziyaçımız start vaxtını gözləyir

Bu gün daha 2 idmançımız Tokio oyunlarında çıxışını başa vurub. Allsport.az saytı xəbər verir ki, çəkicatmada Anna Skidan təsnifatda 16-cı yeri tutub.

Boksçumuz Alfonso Dominqes (+81 kq) yarımfinalda yenilərək, Azərbaycan millisinin heyətində 2-ci bürünc mükafatçı olub.

Güllə atıcısı Ruslan Lunyov 25 metr məsafədən atəş açmada ələmədə 24-cü yer tutub. Sabah 2-ci təsnifatda mübarizə aparacaq.

Cəmdə Yaponiya ilə vidalaşan olimpiyaçılarımızın sayı 26-a yüksəlib. 1 təmsilçimiz davam etdir, digər 13 lisenziyaçı start vaxtını gözləyir.

Millimiz oyunlara 40 vəsiqə və 44 idmançı ilə qoşulub.

Həmin kateqoriyadan