Ölkə birinciləri müəyyənləşdi

Gənclər və idman nazirliyi və Azərbaycan velosiped idmanı federasiyasının birgə təşkilatçılığı ilə Xızı rayonunda keçirilən şose velosipedi üzrə ölkə çempionatında qrup ötüşməsinin qalibləri müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, çətin dağ relyefi və gərgin mübarizə şəraitində baş tutan yarış 4 yaş kateqoriyası üzrə keçirilib.

Gənc oğlanların 96 kilometr məsafəyə yarışında Respublika olimpiya ehtiyatları ixtisaslaşdırılmış uşaq-gənclər velosiped məktəbinin təmsilçisi Nihad Xudoyev bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu adını qazanıb. Həmin məktəbin digər idmançısı Məryəm Hüseynova isə 17 yaşadək qızların 40 kilometrlik yarışında finiş xəttini birinci keçərək qızıl medala sahib olub.

17 yaşadək oğlanların 70 kilometrlik yarışında AE velosiped məktəbinin idmançısı Raul Mahmudov bütün rəqiblərindən güclü olub. Elit/U23 kişilərin 118 kilometrlik mübarizəsində isə eyni klubun təmsilçisi Musa Mikayılzadə inamlı çıxışı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün ölkə çempionlarına medal və diplomlarla yanaşı, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən xüsusi çempion köynəyi də təqdim edilib.

Gənc oğlanlar (96 km)

1. Nihad Xudoyev (ROEQİUGVM)

2. Çingiz İsayev (ROEQİUGVM)

3. Rəhim Nağıyev (ROEQİUGVM)

Elit/U-23 kişilər (118 km)

1. Musa Mikayılzadə (AE Cycling School)

2. Nofəl Nuriyev (AE Cycling School)

3. Əli Qurbanov (AE Cycling School)

U-17 qızlar (2010-2011) (40 km)

1. Məryəm Hüseynova (ROEQİUGVM)

2. Sevinc Sultanzadə (AE Cycling School)

3. Marina Akimova (ROEQİUGVM)

U-17 oğlanlar (2010-2011) (70 km)

1. Raul Mahmudov (AE Cycling School)

2. İlkin Sadıqzadə (Təhsil)

3. Əli Zeynalzadə (ROEQİUGVM)

Qeyd edək ki, ölkə çempionatının nəticələri Beynəlxalq velosipedçilər ittifaqına da göndərilib. Əldə olunan nəticələr idmançıların və milli federasiyaların beynəlxalq reytinq cədvəllərində əksini tapacaq.

Həmin kateqoriyadan