Ölkə çempionatına son

Ölkə çempionatına son

İsmayıllı rayonunda keçirilən çoxgünlük ötüşmələr üzrə ölkə çempionatına yekun vurulub.

Allsport.az xəbər verir ki, qaliblər üç yarış gününün nəticələrinə əsasən müəyyənləşib.

Mövsümün şose velosipedi üzrə sonuncu daxili yarışında iştirakçılar ilk və üçüncü günlərdə qrup ötüşməsi, ikinci gün isə fərdi ötüşmə növündə mübarizə aparıblar.

Elit/U-23 yaş kateqoriyasında “AE cycling school” klubunun üzvü Şahin Eyvazov Azərbaycan çempionu olub. Nofəl Nuriyev ikinci, Əli Qurbanov isə üçüncü yeri tutub.

Gənclər kateqoriyasında Nihad Xudoyev (ROEQIUGVM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Nadirov (“Təhsil”) ikinci, Həsən Zeynalov (ROEQIUGVM) üçüncü olub.

U-17 yaş kateqoriyasında ilk iki yeri “Təhsil” klubunun velosipedçiləri tutublar. Ümid İsmayılov qızıl, İlkin Sadıqzadə gümüş medal qazanıb. Əli Zeynalzadə (ROEQIUGVM) isə üçüncü olub.

U-15 yaş kateqoriyasında üç yarış gününün yekununda Emil Abbasov (“AE cycling school”) birinci yeri tutub. İsmayıl Xankişiyev və Mirəli Miryəhyayev (hər ikisi ROEQIUGVM) müvafiq olaraq ikinci və üçüncü olublar.

Fərqlənən velosipedçilər medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Həmin kateqoriyadan