- Baxış sayı: 100
- 07 Sentyabr 2026 18:58
- Baxış sayı: 243
- Sentyabr 08, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, bununla bağlı Azərbaycan velosiped idmanı federasiyasında müşavirə keçirilib. Toplantıdı giriş sözü ilə açan AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov, ölkəmizdə velosiped idmanının inkişafında məşqçilərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, idmançıların hazırlığa məqsədli və peşəkar yanaşmanın, məşq məramlarının müasir tələblər əsasında qurulmasının və hər bir idmançının fərdi gücünün aşkarlanaraq düzgün qiymətləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini deyib. Uşaq və yeniyetmələr arasında seleksiya işinin gücləndirilməsi, məşqçilər arasında təcrübə mübadiləsinin artırılması və idmançıların inkişaf dinamikasının mütəmadi olaraq təhlil olunmasının zəruriliyi diqqətə çatdırılıb.
O, gənclər və idman nazirliyinin nəzdində olan Respublika olimpiya ehtiyatları qüvvələri ixtisaslaşdırılmış uşaq-gənclər velosiped məktəbinin qarşısında qoyduğu vəzifələri və tələbləri düzgün yerinə yetirə bilməməsi səbəbindən peşəkar velosipedçilərin yetişdirilməsi sahəsində ciddi nöqsanlar olduğunu nəzərə alaraq, məktəbin rəhbərliyinin dəyişdirildiyini və məktəbdə ciddi islahatlara start verildiyini bildirib. Bölgələrdə olan istedadlı gənclərin velosiped idmanına cəlb olunması məqsədilə 18 şəhər və rayonda velosiped bölmələrinin yaradıldığı, peşəkar və savadlı məşqçilərin bu işə cəlb olunduğu, həmin bölmələrin müvafiq yer və lazımi avadanlıqlarla təmin olunduğu diqqətə çatdırılıb.
Federasiyanın baş məşqçisi Vladimir Buşanski məşqçilərlə aparılan işlərin müasir tələblər səviyyəsində qurulması və məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün görüləcək işlər barədə məlumat verilib. Velosiped məktəbinin baş məşqçisi Sabir Həsənov, məşqçilər Elçin Əsədov, Elçin Qasımov, GİN-in nümayəndəsi Əli Məmmədov və başqaları çıxış edərək ölkəmizdə velosiped idmanının inkişafı ilə bağlı hər cür şəraitin yaradıldığını, bu idmana marağı olan uşaqlar və yeniyetmələrlə aparılan işlərin gücləndirilməsi hesabına yaxın bir neçə il ərzində peşəkar velosipedçilərin hazırlanması sahəsində ciddi irəliləyişlərin əldə edilməsinin mümkün olduğu, yalnız məşqçilərin öz üzərlərində daim çalışmaları, vəzifə səlahiyyətlərinə daha məsuliyyətlə yanaşmalı olduqları barədə fikirlərini və təkliflərini bölüşüblər