- Baxış sayı: 64
- 20 İyul 2026 14:55
- Baxış sayı: 161
- İyul 22, 2026
- 0

Qazax şəhərində velosiped idmanı üzrə “Federasiya kuboku” yarışı baş tutub.
Allsport.az xəbər verir ki, yarışda 150-dən çox idmançı mübarizə aparıb.
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında “İdman paytaxtı” seçilən rayonda il ərzində çoxsaylı yarışların keçirildiyini, “Federasiya kuboku”nun isə bölgədə velosiped idmanının inkişafına töhfə verəcəyini bildirib.
Azərbaycan velosiped idmanı federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov isə yarışın bölgələrdə velosiped idmanına marağın artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qazaxın mərkəzi küçələrində keçirilən yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız idmançılar 5 km məsafəyə qrup ötüşməsində qüvvələrini sınayıblar. Yarış proqramına Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün ayrıca yarış da daxil edilib.
Altı kateqoriya üzrə qalib və mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar.