- Baxış sayı: 59
- 31 İyul 2026 19:17
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Sidorenko Çində növbəti uğuruna imza atıb.
Allsport.az xəbər verir ki, təmsilçimiz Çin Xalq Respublikasının “Pardus MK qadınlar velosiped komandası”nın heyətində “Xinjiang production and construction corps” beynəlxalq turnirində çıxış edib.
İki gün davam edən yarışın ilk mərhələsində bütün rəqiblərini geridə qoyaraq qalib gələn Sidorenko ikinci mərhələni isə üçüncü pillədə başa vurub. Bu nəticə ona ümumi təsnifatda birinci yeri tutmağa imkan verib.
Viktoriya Sidorenko hazırda Çin komandasının heyətində bu il oktyabrın 2-7-də Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlığını davam etdirir.