- Baxış sayı: 16
- 21 İyul 2026 17:41
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Braziliya futbolunun əfsanəsi Ronaldo Nazario Kriştianu Ronaldu və Neymarın fiziki durumu ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Apasport.az xəbər verir ki, sabiq hücumçu hər iki futbolçunun dünya çempionatı səviyyəsində çıxış etməsinin artıq əvvəlki qədər asan olmadığını bildirib:
“Adətən bədən sənə əvvəlki kimi davam edə bilmədiyini özü xəbər verir. Məncə, həm Kriştianu, həm də Neymar bu nöqtədə bədənləri ilə ortaq qərara gəliblər. Bədəninlə mübarizə aparmaq həqiqətən çox çətindir.
Kriştianunun karyerası daha uzunömürlü oldu. Ola bilsin ki, o, hələ də Səudiyyə Ərəbistanında oynayacaq səviyyədədir. Amma dünya çempionatında çıxış etməyin nə qədər çətin olduğunu gördük. Oradakı səviyyə qat-qat yüksəkdir.
Bədən bir gün sənə deyir: “Əvvəllər hamını keçirdin, hamını geridə qoyurdun. İndi isə vəziyyət əvvəlki kimi deyil. Başqa həll yolları tapmalısan”.
Futbola olan sevgimiz və sonsuza qədər oynamaq istəyimiz nə qədər böyük olsa da, sonda qərarı bədənimiz verir. Elə buna görə də artıq həvəskar futbol oynamıram. Beynim hələ də əvvəlki kimi işləyir, amma bədənim onu izləyə bilmir.
Top iki metr aralıda olanda beynim düşünür ki, ora rahat çatacağam. Amma bədənim deyir: “Sakit ol, artıq 50 yaşın var. Elə etsən, əzələn qopacaq”. Və həqiqətən də hansısa əzələ zədələnir”.