- Baxış sayı: 54
- 18 Sentyabr 2026 17:27
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi məlum olub.
Allsport.az xəbər verir ki, “sarı-göylər”i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq.
47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.
Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. NBA-da çıxış edən bir çox oyunçu ilə çalışan mütəxəssis “Dallas” və “Klivlend” kimi klublarda iş təcrübəsinə malikdir.