- Baxış sayı: 27
- 31 İyul 2026 23:58
- Baxış sayı: 209
- İyul 30, 2026
- 0

AFFA tərəfindən yaradılan “APL fantazi” layihəsinin rəsmi təqdimat mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə AFFA və peşəkar futbol liqasının (PFL) rəhbərliyi, əməkdaşları, misli premyer liqasında çıxış edən klubların rəsmiləri, media nümayəndələri və qonaqlar iştirak ediblər.
Tədbir “APL fantazi” platformasına həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.
Daha sonra çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev layihənin Azərbaycan çempionatına marağın artmasına töhfə verəcəyini vurğulayıb: “Azərbaycan futbolu üçün əlamətdar gündür. Premyer liqamızı daha cəlbedici etmək üçün “APL fantazi” platformasını təqdim edirik. AFFA-nın inkişaf strategiyasının bir parçası olan yeni məhsul uzun müddətdir azarkeşlər tərəfindən gözlənilirdi. İnanırıq ki, bu platforma çempionatımıza əlavə rəng qatacaq, azarkeşlərin oyunlara marağını daha da artıracaq”.
PFL-in texniki-idman direktoru Elgiz Abbasov isə öz növbəsində layihənin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib: “Futbol daim yenilənən idman növüdür. Bu yeniliklər Azərbaycan premyer liqasına da uyğunlaşdırılır. Bu gün təqdim olunan “APL fantazi” azarkeşlərə öz komandalarını qurmaq imkanı yaradacaq. Layihənin həyata keçməsinə görə AFFA rəhbərliyinə və bu təşəbbüsü dəstəkləyən premyer liqa klublarına təşəkkürümüzü bildiririk”.
Ardından AFFA-nın əməkdaşı Ziya Əsgərov “APL fantazi” platformasının funksionallığı, iştirak qaydaları və oyun mexanizmi barədə ətraflı məlumat verib.
Tədbirin sonunda misli premyer liqasının 2025/2026-cı illər mövsümünə həsr olunan “quiz” müsabiqəsi təşkil olunub və qalib AFFA tərəfindən mükafatlandırılıb.