- Baxış sayı: 50
- 10 Noyabr 2026 22:07
- Baxış sayı: 300
- Noyabr 09, 2026
- 0

Qızlardan ibarət U-18 millimiz Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatının “B” divizionunda 17-20-ci yerlər uğrunda oyunda Estoniya seçməsi ilə qarşılaşıb.
Allsport.az xəbər verir ki, yığmamız gərgin mübarizə şəraitində keçən görüşdə 74:71 hesabı ilə qalib gəlib.
Matçın ən dəyərli basketbolçusu (MVP) millimizin üzvü Polina Şukina seçilib. O, qarşılaşmada 19 xal və 16 götürmə ilə yadda qalıb.
Qızlarımız son oyununu avqustun 9-da Bakı vaxtı ilə saat 12:00-da Norveç seçməsinə qarşı keçirəcək.