- Baxış sayı: 30
- 19 Avqust 2026 13:58
- Baxış sayı: 96
- Avqust 18, 2026
- 0

“Le-Man” heyətini təcrübəli müdafiəçi ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Cibril Sidibe Fransa klubuna keçib.
34 yaşlı futbolçu “Tuluza”dan ayrıldıqdan sonra azad agent statusunda idi. O, yeni klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Razılaşmada daha bir mövsüm uzatma bəndi də yer alıb.
Cibril Sidibe 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub. O, karyerası ərzində “Lill”, “Monako”, “Everton”, AEK və “Tuluza” kimi klublarda çıxış edib.