- Baxış sayı: 90
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

“Napoli” İtaliya millisinin müdafiəçisi Konstantino Favazulini heyətinə qatıb.
Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçu “Katandzaro”dan icarəyə götürülüb.
Müqavilədə italiyalının məcburi satınalma şərti də var.
Neapol təmsilçisi icarə üçün qarşı tərəfə 1 milyon avro ödəyəcək.
Favazuli “Fiorentina”nın yetirməsidir, o, daha əvvəl “Ternana” və “Bari” klublarında da çıxış edib.