- Baxış sayı: 1
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 529
- Oktyabr 21, 2026
- 0

PSJ-də ayrılıq gerçəkləşib.
Allsport.az xəbər verir ki, Paris təmsilçisi yarımmüdafiəçi Renato Sançeslə yolunu ayırıb. Portuqaliyalı futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Sançes 2022-ci ildən “Lill”dən PSJ-yə keçib. O, Paris klubunun əsas komandasında 23 oyunda 2 qolla yadda qalıb.
Müxtəlif vaxtlarda “Roma” və “Benfika”da da icarədə olan 29 yaşlı futbolçu son mövsümü “Panatinaikos”da (Yunanıstan) keçirib.