Ərəblərlə anlaşdı

Ərəblərlə anlaşdı

“Əl-Hilal” növbəti transferə imza atıb.

Allsport.az xəbər verir ki, Ər-Riyad təmsilçisi “Arsenal”ın və Braziliya milli komandasının hücumçusu Qabriel Martinellinin keçidini rəsmiləşdirib.

25 yaşlı cinah hücumçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

“Əl-Hilal” bu transfer üçün “topçular”a 70 milyon avro ödəyib. Braziliyalı futbolçunun illik məvacibi isə 20 milyon avro təşkil edəcək.

2019-cu ildən “Arsenal”ın şərəfini qoruyan Martinelli ötən mövsümdə komandanın heyətində meydana çıxdığı 53 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Həmin kateqoriyadan