3-cü turun hakim təyinatları bəlli oldu

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 3-cü turun hakim təyinatları açıqlanıb. Allsport.az sizi növbəti turun təyinatları ilə tanış edir.

Əvəzedicilərin çempionatı
3-cü tur
21 avqust (cümə)

“Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Mahir Məmmədov, Əli Cəbrayılov, Elman Kərimov, Emin Nağıbəyov.
“Xəzər Lənkəran” mərkəzi stadionu, ehtiyat meydança, 18:30.

22 avqust (şənbə)

“Qəbələ” – “Kəpəz”
Hakimlər: Fərid Məmmədov, Kamran Bayramov, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu, 18:00.

AzAL – “Qarabağ”
Hakimlər: Nahid Xasıyev, Coşqun Həsənov, Hüseyn Əsgərov, Emil Müsadiq.
Binə qəsəbə stadionu, 18:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Ziya Nəsirov, Tural Bayramov, Müslüm Mövludov, Anar Fərəcov.
Bakı. “Dalğa Arena”, 19:00.

23 avqust (bazar)

“Zirə” – “İnter”
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Qorxmaz Eldarov.
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu, 18:00.

Həmin kateqoriyadan