3 karateçimiz İtaliyada medal qazandı

İdmançılarımız İtaliyanın Venesiya şəhərində gənclərin karate 1 premyer liqa turnirinin ilk günündə 3 medal qazanıblar.

Allsport.az xəbər verir ki, dekabrın 15-dək davam edəcək yarışda 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) və Ramil Baxşəliyev (55 kq) turnirin gümüş medal əldə ediblər. 61 kq çəkidə bürünc medal görüşündə isə Əminağa Quliyev komanda yoldaşı Hüseyn Məmmədliyə qalib gəlib.

Tale YaqubovTuran Rzazadə (hər iksi 68 kq) 1/4 finalda, Sultan Hüseynov (55 kq), Hüseyn HüseynzadəFərid Ağayev (76 kq), Ayla Rzazadə (59 kq), Humay Həsənli (+59 kq), Zəhra QurbanzadəHəsənəli Həsənov (hər iksi kata) isə daha əvvəlki mərhələlərdə məğlub olublar.

Qarşıda 14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (52 kq), Nicat KərimliFərid Savadov (57 kq), Azər TapdıqlıRumil Cəfərli (63 kq), Arina BezrebraHüseyn Nəsirli (kata) mükafatlar uğrunda mübarizə aparacaqlar.

Dünya karate federasiyasının 2019-cu il mövsümündə son rəsmi yarışına 65 ölkədən 3180 karateçi qatılıb.

Həmin kateqoriyadan