“30 ildə böyük dövlətlərin edə bilmədiyini biz 44 gündə həll etdik”

“30 ildə böyük dövlətlərin edə bilmədiyini biz 44 gündə həll etdik”

Bu gün Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında Tokio-2020 yay olimpiya oyunlarının başlamasına 10 gün qalma münasibəti ilə toplantı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə söz alan akademiyasının rektoru Fuad Hacıyev, idmançıların Tokioya qalib olaraq yollanacaqlarını dedi:

“30 ildə böyük dövlətlərin edə bilmədiyini biz 44 gündə həll etdik. 2-ci Vətən müharibəsində 78 tələbəmiz döyüşüb, onlardan 13 nəfəri şəhid olub. Olimpiadaya vəsiqə qazananlardan 15 nəfər isə, o cümlədən bayraqdarlar Rüstəm Orucov və Fəridə Əzizova, akademiyamızın məzunlarıdır. Qarabağ zəfərini bizə yaşatmış oğullarımızın şərəfinə idmançılarımızın da bizə qələbə sevinci yaşadacaqlarına inanıram”.

Həmin kateqoriyadan