4 yeni futbolçu

4 yeni futbolçu

“Kristal Pelas” “transfer pəncərəsi”nin son günündə heyətinə 4 milli üzvü cəlb edib.

Allsport.az xəbər verir ki, London təmsilçisi Ben Çiluell, Kvinten Timber, Dario Osorio və Onest Aanorın keçidini rəsmiləşdirib.

Fransanın “Strasburq” klubundan “Çelsi”nin və İngiltərə millisinin sabiq müdafiəçisi Ben Çiluell, “Marsel”dən isə Niderland yığmasının yarımmüdafiəçisi Kvinten Timber komandaya tamhüquqlu transfer olunublar.

Danimarkanın “Midtyullann” klubundan Çili millisinin cinah hücumçusu Dario Osorio və “Atalanta”dan bu ölkə yığmasının müdafiəçisi Onest Aanor isə icarə əsasında “Kristal Pelas”ın heyətinə qoşulublar.

D.Osorionun keçidində satınalma şərti də nəzərdə tutulub. O.Aanor isə cari mövsümün sonunda “Çelsi”nin futbolçusu olacaq.

Həmin kateqoriyadan