- Baxış sayı: 45
- 24 İyun 2026 10:00
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Sloveniya çempionatında 31-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi “Domjale” səfərdə “Rudar” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:1.
Həmvətənimiz bu görüşün 82-ci dəqiqəsində meydana çıxıb. “Domjale” qələbə qolunu məhz bundan 6 dəqiqə sonra rəqib qapısından keçirib. “Sarı-göylər” geridə qalan turlarda topladığı 49 xalla üçüncü pillədə qərarlaşıb.