- Baxış sayı: 76
- 03 Avqust 2026 23:24
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Ukraynalı həndbolçu Viktoriya Borşenkonun 5 illik Portuqaliya macərası bitib. Allsport.az xəbər verir ki, 40 yaşlı sol cinah oyunçusu “Benfika” ilə vidalaşıb. O bu barədə öz sosial hesabında yazıb:
“Kluba, rəhbərliyə, məşqçilər heyətinə, pərdəarxası işlərdə çalışan hər kəsə və bütün komanda yoldaşlarıma səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Etibarınıza, dəstəyinizə və birlikdə yaratdığımız bütün xatirələrə görə təşəkkür edirəm. Onlar əbədi olaraq mənimlə qalacaq”.
Ukrayna millisinin üzvü saytımıza bildirib ki, hazırda vətənində istirahət edir. Bir müddət sonra gələcəyi ilə bağlı qərar verəcək. O, dəfələrlə Portuqaliya çempionu və ölkə kubokunun sahibidir.
Xatırladaq ki, bu ölkənin millisində vaxtı ilə “Azəryol”un qapıçısı olmuş Yelizaveta Səlimova (Xülyazəddinova) da yer alır. Onun həyat yoldaşı həndbol seçməmizin keçmiş oyunçusu Üzeyir Səlimovdur.