52 ildən sonra ilk dəfə

52 ildən sonra ilk dəfə

“Tottenhem” İngiltərə premyer liqasının ilk iki turunda qələbə qazana və qol vura bilməyib.

Allsport.az xəbər verir ki, London təmsilçisi bu nəticə ilə 1974/75 mövsümündən sonra ilk dəfə çempionata ilk iki oyunda qolsuz başlayıb.

Komanda ilk turda səfərdə “Brentford”a 0:3, ikinci turda isə doğma meydanda “Nyukasl”a 0:2 hesabı ilə uduzub.

Roberto De Dzerbinin rəhbərlik etdiyi kollektiv iki turdan sonra xalsızdır və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

“Tottenhem” növbəti oyununu sentyabrın 5-də səfərdə “Nottingem Forest”ə qarşı keçirəcək.

Həmin kateqoriyadan