- Baxış sayı: 36
- 26 Sentyabr 2026 13:54
- Baxış sayı: 122
- Sentyabr 25, 2026
- 0

Bu gün keçiriləcək 10-cu yubiley Azərbaycan qran prisi 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanacaq.
Allsport.az xəbər verir ki, yarışı yayımlayacaq əsas beynəlxalq media qurumları arasında “Sky”, “beIN SPORTS”, “Canal+”, “ESPN/Disney”, “DAZN”, “BBC Radio 5 Live” və “Netflix” də yer alır.
Azərbaycan risinə beynəlxalq marağın miqyasını əvvəlki illərin izlənmə göstəriciləri də nümayiş etdirir. Ötən il Formula-1 yarışlarını ümumilikdə 72 milyondan çox insan izləyib. Həmin il ABŞ-ın ESPN kanalında Azərbaycan qran prisinin əsas yarışını təxminən 1,1 milyon tamaşaçı izləyib. Bu, ABŞ televiziya tarixində Azərbaycan qran prisi üçün rekord göstərici olub.
Azərbaycan qran prisinin əsas beynəlxalq auditoriyası Böyük Britaniya, Avstriya, Niderland və İtaliya kimi ölkələri əhatə edir.
Bu gün isə Bakı şəhər halqasında 10-cu yubiley yarışının startı veriləcək. Dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçı Azərbaycan qran prisini ekranlardan canlı izləyəcək.