6 karate federasiyası AKF-ə birləşdi

Azərbaycan karate federasiyası ilə üzv birliklərin müqavilə imzalanma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir “Xilasedici” idman-sağlamlıq mərkəzində baş tutub.

Federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən toplantıda 6 federasiya ilə (Milli karate federasiyası, Fullkontakt kyokuşin karate federasiyası, Şorinjiryu kenkokan karate do koşiki karate federasiyası, Ənənəvi karate do federasiyası, Şotokan karate do federasiyası, Aşihara karate federasiyası) üzvlük müqaviləsi imzalanıb.

Toplantıdan sonra AKF-in idarə heyətinin iclası keçirilib. Sənədlərlə işin təşkili, yarışların təşkili xüsusiyyətləri, arayış və hesabatların icrası, lisenziyalaşdırma, AKF-ə üzvlük qaydaları, büdcə vəsaiti fondunun yaradılması, 2024-cü il üçün vahid təqvim planı və digər məsələlər müzakirə olunub.

Həmin kateqoriyadan