- Baxış sayı: 38
- 28 Avqust 2026 23:53
- Baxış sayı: 133
- Avqust 27, 2026
- 0


“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqanın I turunda “Ştutqart”la matçda yubiley oyununa çıxıb.
Allsport.az xəbər verir ki, 40 yaşlı qolkiper Münhen klubunun heyətində 600-cü matçını keçirib.
2011-ci ildən “Bavariya”nın formasını geyinən Noyer klub tarixində oyun sayına görə beşinci pillədə qərarlaşıb. Ondan daha çox matça yalnız Tomas Müller (756), Zepp Mayer (709), Oliver Kan (632) və Gerd Müller (613) çıxıb.
Hazırda “Alyans Arena”da keçirilən “Bavariya” – “Ştutqart” matçında hesab 1:0-dır.