Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyadan 8 medalla dönür

Yeniyetmə və gənclər karateçilərdən ibarət seçmə komandalarmız Xorvatiyada 27-ci qran-pridə 8 medalla başa vurublar. Allsport.az saytı xəbər verir ki, Samobor şəhərində nüfuzlu ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanılıb.

14-15 yaşlı yeniyetmələrdən  Fərid Ağayevlə (52 kq), Fidan Dadaşova (47 kq) yarışın qalibi olublar. Gənclər arasında Üvi Qurbanovla (60 kq) Murad Hacızadə (+84 kq) 2-ci, Tale Yaqubov (63 kq, yeniyetmələr), Mədinə Sadıxova (48 kq), Müseib Məmmədov (68 kq) və  Elcan Məmmədrzayev (60 kq, hər biri gənclər seçmə komandası) isə 3-cü yerləri tutublar.

Azərbaycanın Xorvatiya Rspublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov və konsul Emil Kazımov seçmə komandalarımızın yarışını izləyib. Turnirdən sonra mükafatçılarla görüşdə onları təbrik edib və komanda üzvlərinə uğurlar arzulayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarımızı dəstəklədiyinə görə səfir Fəxrəddin Qurbanova və səfirlik əməkdaşlarına minnətdarlığını çatdırıb.

Həmin kateqoriyadan