- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0
Azərbaycan oktyabrın 12-də Qətərin paytaxtı Dohada start götürəcək I dünya çimərlik oyunlarına 7 idmançı ilə qatılacaq.
Allsport.az xəbər verir ki, çimərlik güləşi yarışlarında ölkəni Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) təmsil edəcək.
Akvatlon yarışlarında millinin üzvləri Rostislav Pevtsov və Kseniya Levkovskaya çıxış edəcəklər. Karateçi Roman Heydərov isə kata yarışlarında mübarizə aparacaq.
Qeyd edək ki, oyunlara oktyabrın 16-da yekun vurulacaq.