Karateçilərimizi Rabat premyer liqası gözləyir

Karateçilərimiz daha bir mötəbər yarış ərəfəsindədirlər. Allsport.az saytı xəbər verir ki, millini həftəsonu Mərakeşin paytaxtı Rabatda premyer liqa gözləyir. 19-21 apreldə nüfuzlu yarışda 14 idmançımız iştirak edəcək. 

Kumite üzrə baş məşqçi Bahəddin Qandaz, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi heyətə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), həmçinin Şahin Atamov və Asiman Qurbanlı (+84 kq) yer alıb.

Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyevaya (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretskanın (68 kq) çıxışına üstünlük verib. 

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Romah Heydərovun yarışa qatılmasını məqbul sayıb. Mərakeşdə liqa turnirinə yollanan heyətdə baş katib Mirhəsən Seyidov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var.

Karate1 premyer liqa Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq. Nəticələr dünya və olimpiya reytinq cədvəlinə təsir göstərəcək. 

Həmin kateqoriyadan