9-cu beynəlxalq “Baku Open” karate turniri keçirilib

Bakı idman sarayında karateçilərin “Baku Open” beynəlxalq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edən yarışda 12 ölkədən 850-dək müxtəlif yaşlı idmançı iştirak edib.

Turnirdən bir gün əvvəl, 27 sentyabrda isə dünya şöhrətli karateçimiz Rafael Ağayevin rəhbərliyi ilə uşaq və yeniyetmə idmançılar üçün seminar təşkil edilib.

2019-cu ildə ənənəvi “Baku Open” beynəlxalq karate turnirinin 10 illik yubileyinin daha səviyyəli və geniş şəkildə təşkil edilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan