“90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq”

“Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür. Düzgün qərar verdiyimi düşünürəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü millimizin yeni üzvü Renat Dadaşov “CBC Sport”a açıqlamasında deyib.

Frankfurtun “Ayntraxt” klubunun U-19 komandasının oyunçusu DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçiriləcək matç barədə danışıb. O, bu görüşü səbrsizliklə gözlədiyini bildirib:

“Öz oyunumuzu göstərsək, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək”. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu martın 26-da saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan