- Baxış sayı: 69
- 12 Noyabr 2024 22:33
- Baxış sayı: 44
- Noyabr 14, 2024
- 0
Prezident İlham Əliyev İtaliyanın Neapol şəhərində tələbələrin ümumdünya yay universiadasında yüksək nəticələrə görə idmançıları və onların məşqçilərini mükafatlandırıb. Allsport.az saytı xəbər verir ki, sərəncamda aşağıdakı qeyd olunub:
1-ci yeri tutan hər bir idmançı – 50 min manat, onun şəxsi məşqçisi – 25 min manat; 2-ci yeri tutan hər bir idmançı – 30 min manat, onun şəxsi məşqçisi – 15 min manat; 3-cü yeri tutan hər bir idmançı – 20 min manat, onun şəxsi məşqçisi – 10 min manat.
Komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə). Nazirlər kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.