- Baxış sayı: 30
- 08 Noyabr 2026 18:09
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında çimərlik güləşi üzrə yarışlar davam edir.
Allsport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki təmsilçisi mübarizəyə qoşulub.
70 kq çəki dərəcəsində çıxış edən Tunar Quliyev “A” qrupunda ilk iki görüşündə Yeni Zelandiya təmsilçisi Vairangi Sarcentə və anqolalı Diasivi Reanatoya qalib gəlib. Güləşçimizin qrup mərhələsində sonuncu rəqibi Puerto-Rikodan olan Joab Kabril Karilyo Rodriges olacaq.
90 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli isə “B” qrupunda əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı, daha sonra mərakeşli Nour Qannamı məğlub edib. O, qrupdakı son görüşünü braziliyalı Allan Smit di Souza Beserra ilə keçirəcək.
Hər iki idmançımız son qarşılaşmada qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqə əldə edəcək.