“A” seriyası klubunda yeni müqavilə

“A” seriyası klubunda yeni müqavilə

“Napoli” kapitanı və müdafiəçisi Covanni Di Lorenso ilə müqavilənin müddətini uzadıb.

Allsport.az xəbər verir ki, 33 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Di Lorenso 2019-cu ildən “Napoli”nin formasını geyinir.

İtaliyalı oyunçu klubun heyətində 307 oyun keçirib, 20 qol vurub və 42 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan