- Baxış sayı: 38
- 11 Avqust 2026 17:19
- Baxış sayı: 128
- Avqust 11, 2026
- 0

“Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev (77 kq) növbəti döyüşünü keçirəcək. Allsport.az xəbər verir ki, 35 yaşlı idmançı iyunun 26-da İstanbulda təşkil olunacaq “Akın döyüş arenası” turnirində qüvvəsini sınayacaq.
Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq.
Bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib