Adil Şükürov: “Futbolçular verilən bütün tapşırıqları yerinə yetirdilər”

“Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İlk növbədə komandamızı təbrik edir, belə ağır oyunda bizə dəstək olduqlarına görə isə azarkeşlərə minnətdarlığımı bildirirəm. Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynadıq. Belə bir matçda futbolçularım verilən bütün tapşırıqları yerinə yetirdilər. Biz bütün oyunları təhlil edir, oyunlara planlı şəkildə çıxırıq. “Neftçi”nin də güclü və zəif tərəflərini bilirdik”.

Həmin kateqoriyadan