Adil Şükürov: “Hesab oyuna görə oldu”

“Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Məni doğum günüm münasibəti ilə xüsusi təbrik edən “Kəpəz” rəhbərliyinə təşəkkür edirəm. “Kəpəz” mənim üçün doğma komandadır. Gəncə şəhərinə böyük futbolun qayıtması münasibəti ilə azarkeşləri təbrik edirəm.

Oyuna gəldikdə, biz mübarizə apardıq. Məqsədimiz qələbə qazanmaq idi. Amma 1 xal qazana bildik. Düşünürəm ki, hesab oyuna görə oldu”.

Həmin kateqoriyadan