- Baxış sayı: 68
- 07 Avqust 2026 18:33
- Baxış sayı: 219
- Avqust 05, 2026
- 0

“Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Premyer Liqada ilk oyunumuza çıxdıq. İlk oyunlar çətin olur. Biz çox ağır oyun keçirdik. Düzdür, təlim-məşq toplanışında olmuşduq. Amma istənilən halda ilk oyun çətin alındı. Çatışmazlıqlar var. Bunu aradan qaldırmalıyıq. Bütün bunlara rəğmən, ilk oyunu qalib başa vurduq. Bu münasibətlə klubumuzu təbrik edirəm”.