Adil Şükürov: “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamaq həqiqətən çətin idi”

“Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Qazandığımız xal münasibəti ilə komandanı təbrik edirəm. “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamaq həqiqətən çətin idi. Bir araya gəlib, gərginliyi aradan qaldırdıq və bu gün həmin işin bəhrəsini gördük. Biz bu gün heyətdə, oyunda dəyişiklik edə bilərdik. Unutmayaq ki, avrokubokda mübarizə aparan bir komandaya qarşı oynadıq. Belə bir görüşdə qapının toxunulmazlığını saxlamaq yaxşı haldır”.

Həmin kateqoriyadan