Adil Şükürov: “Zirə” hər keçən tur öz oyununu göstərməyə çalışır”

“Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Biz gözlədiyimizdən də ağır, çətin oyun alındı. “İnter”in oturuşmuş heyəti, özünəməxsus oyun tərzi var. “Zirə” isə hər keçən tur öz oyununu sərgiləməyə çalışır. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm.

Bu gün açıq futbol sərgilədik. Həm rəqibin, həm də bizim qol imkanlarımız vardı. Etiraf edim ki, oyunun sonlarında bir qədər boşluqlar buraxdıq. Buna rəğmən, 1 xal qazana bildik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan